Şamaxı şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
17.06.2018İyunun 17-də saat 3 radələrində Şamaxı şəhəri ərazisində şəhər sakini Əflatun Feyzullayevin idarə etdiyi “QAZel” və Göyçay rayon sakini Vasif Cabbarovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşmuşdur. Nəticədə V.Cabbarovun sərnişinlərindən Ucar rayon sakini Sima Məmmədova hadisə yerində ölmüş, özü və digər sərnişini, həmyerlisi Elim Məmmədov, habelə Ə.Feyzullayev və sərnişini, oğlu Nemət xəstəxanaya yerləşdirilmiş, E.Məmmədov orada ölmüşdür.
Şamaxı RPŞ tərəfindən araşdırma aparılır.