Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Fəqani Əsədov saxlanılmışdır
17.06.2018Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 16-da N.İmamverdiyevin həyətyanı sahəsindən təmir-tikinti aləti və 120 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Fəqani Əsədov saxlanılmışdır. Onun həmin gün M.Ə.Rəsulzadə və Biləcəri qəsəbələrində daha 3 həyətyanı sahələrdən 420 metr elektrik naqili oğurlaması da müəyyən edilmişdir.