Gəncə şəhər sakini C.Çıldırlını döyüb pulunu və mobil telefonunu almaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
15.06.2018İyunun 13-də Gəncə şəhəri ərazisində naməlum 3 nəfər şəhər sakini Ceyhun Çıldırlını döyüb 170 manat pulunu və mobil telefonunu almışdır.
Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerliləri Vüsal Məmmədov, Ramazan Allahverdiyev və Samux rayon sakini Röyal Səfərov saxlanılmışlar.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmışdır.