Oğurluq etdiyinə görə tutulmuş H.Dadaşovun Hökməli qəsəbəsi ərazisindəki 3 evdən də oğurluq törətməsi müəyyən edilmişdir
15.06.2018Oğurluq etdiyinə görə tutulmuş Heybət Dadaşovun ətrafında Abşeron RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun cari ilin yanvar-may ayları ərzində Hökməli qəsəbəsi ərazisindəki 3 evdən 5000 manat dəyərində qızıl əşyalar, kombi aparatı və təmir-tikinti alətləri oğurlaması da müəyyən edilmişdir.