Ev quşları oğurlamaqda şübhəli bilinən Biləsuvar rayon sakinləri Bəxtiyar Hümbətov və Böyükxan Ağazadə saxlanılmışlar
11.06.2018Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 11-də Səməd Rəcəblinin həyətindən 19 ev quşu oğurlamaqda şübhəli bilinən həmyerliləri Bəxtiyar Hümbətov və Böyükxan Ağazadə saxlanılmışlar. Onların iyunun 3-də daha bir evin həyətindən 10 ev quşu oğurlamaları da müəyyən edilmişdir.