Avtomobildən 1020 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakini Şaiq Hacıyev saxlanılıb
11.06.2018Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini M.Paşayevə məxsus “Mercedes” markalı avtomobildən 1020 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Şaiq Hacıyev saxlanılıb.