Sabunçu qəsəbəsi ərazisndə yol-nəqliyyat hadisəsi
02.06.2018İyunun 2-də saat 23 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində Maştağa qəsəbə sakini Musafəddin Hümbətov idarə etdiyi “ZİL” markalı avtomobillə yolu keçən 40-45 yaşlı qadını vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş həmin qadın orada ölmüşdür.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.