Mağazaların birindən oğurluqda şübhəli bilinən İmişli şəhər sakini Elşən Nuriyev saxlanılmışdır
02.06.2018İmişli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 30-da rayon ərazisindəki mağazaların birindən 1500 manat, danışıq kartları və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Nuriyev saxlanılmışdır.