Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

2500 ədəd limonu oğurlamaqda şübhəli bilinərək saxlanılan Astara rayonunun Pensər kənd sakini Seymur Kişiyevdən narkotik vasitə aşkar edilərək götürüb

31.05.2018

Astara Rayon Polis Şöbəsinə müraciət edən Pensər kənd sakini E.Əliyev mayın 16-17-də həyətyanı sahəsindən ümumilikdə 2500 ədəd limonun oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun kənd sakini Seymur Kişiyev olduğu müəyyən edilib. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Oğurladığı limonların böyük hissəsini satdığı müəyyən edilsə də, 300-ə yaxın limon polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. 

31.05.2018 tarixinə olan kriminal məlumatlar