Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Zaqatala rayonunun Aşağı Tala kənd sakini Nail Hüseynov və Mahamalar kənd sakini Fərrux Xəlilovdan narkotik vasitələr aşkar edilərək götürülüb

31.05.2018

Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Aşağı Tala kənd sakini, əvvəllər məhkum olunmuş Nail Hüseynov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1,9 qram, yaşadığı evdən isə 115 qram marixuana aşkar edilib.

Polis əməkdaşları onun narkotiki əldə etdiyi mənbəni də müəyyən ediblər. Narkotik vasitəni ona satmaqda şübhəli bilinən şəxsin saxlanılması zamanı o, idarə etdiyi “VAZ-2106” markalı avtomobili polis əməkdaşının idarə etdiyi avtomobilə vurub. Bütün cəhdlərinə baxmayaraq, polis əməkdaşlarının çevikliyi sayəsində həmin şəxs saxlanılıb.

Araşdırmalarla onun Mahamalar kənd sakini Fərrux Xəlilov olduğu müəyyən edilib. Axtarış zamanı ondan çəkisi 1 kiloqrama yaxın narkotik vasitə - üzərindən 10 qram, avtomobilindən 557 qram, evindən isə 345 qram marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır. 

31.05.2018 tarixinə olan kriminal məlumatlar