Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

30.05.2018

Mayın 30-da Sabirabad Rayon Polis Şöbəsinə cari ilin aprel ayından may ayının 29-dək olan müddətdə Nərimankənd kəndindəki evlərin birindən ümumilikdə 5000 manat pulunun oğurlandığı barədə müraciət daxil olub.  

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində şübhələr ev sahibinin nəvəsinin üzərində cəmlənib və o, saxlanılıb. Törətdiyi cinayət əməlini etiraf edən babasının adaşı olan Bəxtiyarın həmin məbləği ayrı-ayrı vaxtlarda oğurladığı müəyyən edilib. Axırıncı dəfə oğurladığı 300 manat maddi sübut kimi polis əməkdaşkları tərəfindən ondan götürülüb.  

Faktla bağlı cinayət işi başlanılıb.