Martın 28-də Suraxanı rayonundakı evlərin birindən oğurluq törətməkdə şübhəli bilinən C.Abuzərov saxlanılmışdır
30.05.2018Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 28-də Əmircan qəsəbəsindəki evlərin birindən 230 manat və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakin, əvvəllər oğurluğa görə məhkum olunmuş Cəbrayıl Abuzərov saxlanılmışdır.