Sabirabad rayon sakini Ə.Əbilovun yaşadığı evdən marixuana, həyətindən isə çətənə kolları aşkar edilərək götürülmüşdür
30.05.2018Sabirabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əsgərbəyli kənd sakini Əhməd Əbilovun yaşadığı evdən 475 qram marixuana, həyətindən isə kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.