Gün ərzində 114 cinayət faktı qeydə alınmışdır
29.05.2018Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 114 cinayət faktı qeydə alınmış, onların da 27-si “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər xəsarət almışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılmışdır.