Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Fuad Şahverdiyevin dələduzluq etməsi də müəyyən edilmişdir
29.05.2018Yasamal RPİ 26-cı PB-nin əməkdaşları tərəfindən mayın 18-də rayon ərazisindəki evlərin birindən 77 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fuad Şahverdiyev saxlanılmışdır.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 31-də bir nəfərə qarşı dələduzluq etməsi də müəyyən edilmişdir.