Ağsu rayonunun Bico kəndində yaşayan azyaşlı oğlu Murad İmamalıyev tüfənglə oynayarkən açılmış atəşdən anası Samirə hadisə yerində ölmüşdür
28.05.2018Mayın 28-də Ağsu rayonunun Bico kəndində yaşayan Bəyalı İmamalıyevin evində azyaşlı oğlu Murad tüfənglə oynayarkən açılmış atəşdən anası Samirə boyun nahiyəsindən xəsarət almış və hadisə yerində ölmüşdür.
Ağsu RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən B.İmamalıyevə məxsus müvafiq sənədləri olan “MR-155” markalı ov tüfəngi, 4 ədəd patron və 1 giliz aşkar edilərək götürülmüşdür.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.Araşdırma aparılır.