Sabunçu qəsəbəsi ərazisndə yol-nəqliyyat hadisəsi
28.05.2018Mayın 28-də saat 21 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində Bakı şəhər sakini Babək Əliyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən paytaxt sakini Şaiq Yusifovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.