Siyəzən rayonunun Gilgilçay qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
14.05.2018Mayın 14-də saat 19 radələrində Siyəzən rayonunun Gilgilçay qəsəbəsi ərazisində Şabran rayon sakini Hüseynağa Əhmədov idarə etdiyi “TOFAŞ” markalı avtomobili yolun kənarında dayanmış “KamAZ” markalı avtomobilə vurmuşdur. Nəticədə H.Əhmədovun sərnişini, həmyerlisi Seymur Qəniyev hadisə yerində ölmüş, özü isə xəstəxanaya yerləşdirilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.