Oğurluqda şübhəli bilinən paytaxt sakini Vadim Sedov saxlanılmışdır
14.05.2018Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 5-də Bakı şəhər sakini X.Tağıyevanın çantasından 400 manat pul, ətir və gümüş əşyalar, mayın 7-də isə A.Məmmədovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Vadim Sedov saxlanılmışdır.