Masallı rayonunun Boradigah qəsəbəsində yol-nəqliyyat hadisəsi
28.04.2018Aprelin 28-də saat 21 radələrində Masallı rayonunun Boradigah qəsəbəsində Ərkivan qəsəbə sakini Loğman Hüseynov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən həmyerlisi İsmayıl Ağayevi vurmuşdur. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Masallı RPŞ tərəfindən araşdırma aparılır.