Quldurluq etdiklərinə görə tutulmuş Fərid Hüseynzadənin və Fərid Hacıyevin 1 köşkdən və 1 mağazadan soyğunçuluq etdikləri də müəyyən edilib
28.04.2018Quldurluq etdiklərinə görə tutulmuş Fərid Hüseynzadənin və Fərid Hacıyevin ətraflarında Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Xətai RPİ 36-cı PB, 37-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların martın 30-dan aprelin 11-dək olan müddətdə rayon ərazisindəki 1 köşkdən və 1 mağazadan soyğunçuluq yolu ilə ümumilikdə 680 manat və tütün məmulatları oğurlamaları da müəyyən edilmişdir.