Ağdaş rayonu ərazisində "KİA" markalı avtomobil aşmışdır
25.04.2018Aprelin 25-də saat 9 radələrində Ağdaş rayonunun Qaradeyin kəndi ərazisində Bakı şəhər sakini Faidə Məmmədova idarə etdiyi “KİA” markalı avtomobili aşırmışdır. Nəticədə onun sərnişinlərindən bacısı Alidə Cəfərova hadisə yerində ölmüş, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilmişdir.