Qusar rayonunun “Samur” sərhəd-keçid məntəqəsində İran İslam Respublikası vətəndaşının idarə etdiyi yük avtomobili ilə rayon sakini G.Saruxanova vurulmuşdur
25.04.2018Aprelin 25-də saat 6 radələrində Qusar rayonunun “Samur” sərhəd-keçid məntəqəsində İran İslam Respublikası vətəndaşı Qulamirzə Fərəczadə “Volvo” markalı yük avtomobilini arxaya verərkən Samur qəsəbə sakini Gülarə Saruxanovanı vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.
Qusar RPŞ tərəfindən araşdırma aparılır.