Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etməkdə şübhəli bilinənlər saxlanılıblar

24.04.2018

Ötən gün polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluqlar törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər.

Belə ki, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisindəki  “SOS” uşaq evindən 3 ədəd noutbuk, 2 ədəd monitor və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə saxlanılıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə şəhər ərazisindəki kompyuter oyunları salonlarından birindən  4 ədəd oyun aparatı, 12 ədəd pult və 1 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən şəhər sakinləri İbrahim Xanverdiyev və yeniyetmə qardaşı saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

24.04.2018 tarixinə olan kriminal məlumatlar