Şəmkir rayonunun Düyərli kəndində yol-nəqliyyat hadisəsi
24.04.2018Aprelin 24-də saat 16 radələrində Şəmkir rayonunun Düyərli kəndində Sabirkənd kənd sakini Emin Məmmədov idarə etdiyi “VAZ-21063” markalı avtomobili yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə sürücü və sərnişinlərindən həmkəndlisi Ayaz Allahverdiyev hadisə yerində ölmüş, xəsarət almış digər 2 sərnişin isə xəstəxanaya yerləşdirilmişlər.
Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.