Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Quba rayonunun Gədikqışlaq kəndinin ərazisində kənd sakinləri Vidadi Mehrəliyev və Səxrab Sayfurov su kanalında boğulmuşlar

08.04.2018

Aprelin 8-də saat 12 radələrində Quba rayonunun Gədikqışlaq kəndinin ərazisində kənd sakinləri Vidadi Mehrəliyev və Səxrab Sayfurov Samur-Abşeron su kanalına düşmüş sonuncuya məxsus 1 baş inəyi oradan çıxarmaq istəyərkən suda boğulmuşlar.

Həmin gün saat 16 radələrində Şabran rayonu ərazisində “Taxtakörpü” su anbarını mühafizə edən DİN-in Baş Mühafizə İdarəsinin Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayının əməkdaşları meyitlərin bunkerdə olmasını görüb və dərhal aidiyyatı üzrə məlumat veriblər.

Görülmüş tədbirlərlə meyitlər oradan çıxarılıb.
Araşdırma aparılır.