Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Soyğunçuluq törətməkdə şübhəli bilinənlər saxlanılıb

08.04.2018

Aprelin 7-də DİN-in “102 Zəng Mərkəzi Xidməti”nə Binəqədi rayonu ərazisində soyğunçuluq törədilməsi barədə müraciət daxil olub.

Məlumatla əlaqədar dərhal  Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla saat 23 radələrində Xocəsən qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobildən düşən 2 naməlum şəxsin qəsəbə sakini Zahid Nuriyevin 650 manat pulunu açıq talama yolu ilə alması müəyyən edilib.

Təxirəsalınmaz tədbirlərlə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilib və əməliyyat-axtarış tədbirləri ilə “isti izlər”lə saxlanılıblar. Onların Bakı şəhər sakinləri,  “Mercedes” markalı avtomobilin sürücüsü Müşfiq Əliyev və sərnişini Yavər Zalov olduqları müəyyən edilib.

Xətai rayonu ərazisində də eyni üsulla cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Belə ki, aprelin 8-də Gəncə prospektində “Opel” markalı avtomobilin sürücüsünün Bakı şəhər sakini T.Abbasovaya qarşı zor tətbiq edərək 300 manat pulunu və mobil telefonunu alması faktı ilə əlaqədar 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun  paytaxt sakini, əvvəllər məhkum olunmuş  Ramiz Əhmədov olduğu  müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.