Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakinləri Nicat Cəlilov və Mayıl Həsənov saxlanılıblar
30.03.2018Gəncə şəhərində bir sıra oğurluqlar törədən şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb ediliblər.
Belə ki, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr ayından cari ilin mart ayınadək olan müddətdə rayon ərazisində 17 avtomobildən güzgü, akkumulyator, maqnitofon, səsgücləndiricilər, 2 həyətyanı sahədən isə məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri Nicat Cəlilov və Mayıl Həsənov saxlanılıblar.
Kəpəz RPİ-də cinayət işi başlanılıb.