Hacıqabul rayon sakinləri Elvin İsrafilov və Rahil Ağayev saxlanılıblar
30.03.2018Martın 30-da saat 22 radələrində Yenikənd kəndindəki “Şirvan Milli Parkı”nın ərazisində oranın əməkdaşı İltifat Xalıqov qanunsuz ov edən 2 nəfəri saxlamağa cəhd göstərib. Bu zaman onlardan biri tüfəngdən İ.Xalıqov istiqamətində atəş açıb.
Salyan və Hacıqabul RPŞ-lərin əməldaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayon sakinləri Elvin İsrafilov və Rahil Ağayev Hacıqabul rayonu ərazisində saxlanılıblar. R.Ağayevdən müvafiq sənədləri olan “İJ-27” markalı ov tüfəngi götürülüb.