Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ümumi çəkisi 2 kiloqrama yaxın narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb

29.03.2018

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 29-da ümumi çəkisi 2 kiloqrama yaxın narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

Belə ki, Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rafiq Adilovdan 1 kiloqramdan artıq marixuana və 0,312 qram heroin aşkar edilərək götürülüb.

Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Elmir Adığözəlov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 5 qram marixuana aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun evinə baxış zamanı əlavə olaraq 685 qram marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb.

29.03.2018 tarixinə olan kriminal məlumatlar