Ağdam rayonunun Quzanlı qəsəbəsinin otlaq sahəsində 6 baş inək oğurlamaqda şübhəli bilinən R.Xəlilov saxlanılmışdır
29.03.2018Ağdam RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 29-da Quzanlı qəsəbəsinin otlaq sahəsində Sarıcalı kənd sakini Ramil Zülfəliyevə məxsus 6 baş inək oğurlamaqda şübhəli bilinən Birinci Quzanlı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rafiq Xəlilov saxlanılmışdır.