Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Şəmkir rayon sakini H.Alıyevin cibindən bankomat kartını oğurlayaraq həmin kartdakı hesabından 405 manat pulunu çıxarmaqda şübhəli bilinən İ.Məmmədov saxlanılıb

28.03.2018

Şəmkir rayon sakini Hüseyn Alıyev Kəpəz Rayon Polis İdarəsinə müraciət edərək Dəliməmmədli Dəmir Yolu Stansiyası ərazisində cibindən bankomat kartının oğurlandığını və Xaçmaz rayonu ərazisində həmin kartdakı hesabından 405 manat pulun çıxarıldığını bildirib. 

Polis əməkdaşları tərəfindən müvafiq əməliyyat tədbirləri həyata keçirilib. Oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Samux rayon sakini İbrahim Məmmədov olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.