Soyğunçuluqda şübhəli bilinən paytaxt sakini Əziz Paşayev saxlanılmışdır
12.03.2018Martın 12-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində naməlum şəxs Bakı şəhər sakini E.Quliyevaya zor tətbiq edib mobil telefonunu almışdır.
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Əziz Paşayev saxlanılmışdır.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.