Sumqayıt şəhərinin Koroğlu küçəsində yol-nəqliyyat hadisəsi
12.03.2018Martın 12-də saat 2 radələrində Sumqayıt şəhərinin Koroğlu küçəsində Qubadlı rayon sakini Şamil Həsənovun idarə etdiyi “Hyundai” və şəhər sakini Eldar Həsənovun idarə etdiyi “OKA” markalı avtomobillər toqquşmuşdur. Nəticədə E.Həsənov və sərnişini, həmyerlisi Vüsal Quliyev hadisə yerində ölmüşlər.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.