Oğurluqda şübhəli bilinən H.Z.Tağıyev qəsəbə sakinləri Bəhlul Cəbiyev və Elxan Quliyev saxlanılmışlar
06.03.2018Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən ilin dekabr ayından cari ilin fevral ayınadək olan müddətdə şəhər ərazisində ümumilikdə 7 həyətyanı sahədən, 3 avtomobildən pul, ev quşu və məişət əşyaları, qaz sayğacı, təmir-tikinti alətləri, maqnitofon və akkumulyator oğurlamaqda şübhəli bilinən H.Z.Tağıyev qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Bəhlul Cəbiyev və Elxan Quliyev saxlanılmışlar.