Oğurluq etdiyinə görə tutulmuş Xətai Rüstəmovun daha 6 evdən oğurluq etdiyi müəyyən edilib
06.03.2018Oğurluq etdiyinə görə tutulmuş Xətai Rüstəmovun ətrafında Binəqədi RPİ 40-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən ilin oktyabr ayından cari ilin fevral ayınadək olan müddətdə daha 6 evdən pul, qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.