Soyğunçuluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Hasil Cəlilov və Rafiq Əfəndiyev saxlanılmışlar
01.03.2018Martın 1-də saat 4 radələrində Binəqədi rayonu ərazisində 2 nəfər naməlum şəxs Bakı şəhər sakini Zahidə Nadirovaya zor tətbiq edərək 20 manatını almışdır.
Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Hasil Cəlilov və Rafiq Əfəndiyev saxlanılmışlar.