Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Salyan rayon sakinləri Şəhriyar Əsədli və Təbriz Həsənov saxlanılıb

01.03.2018

Martın 1-də 2 şəxs Sumqayıt şəhərində 2 dananı satmaq istəyərkən özlərini şübhəli apardıqlarından ərazidə xidmət aparan polis əməkdaşlarının diqqətini cəlb etmiş və onlar saxlanılaraq Polis İdarəsinə gətirilmişlər.
Araşdırma zamanı onların Salyan rayon sakinləri Şəhriyar Əsədli və Təbriz Həsənov olmaları, satmaq istədikləri həmin heyvanları isə rayonun Qaraçala qəsəbəsindəki fermadan oğurlamaları müəyyən edilmişdir.