Goranboy rayon sakini Elxan Yaqubov və Tərtər rayon sakini Adil Nuriyev saxlanılıb
26.02.2018Fevralın 26-da Nizami (Gəncə) rayonunun Avtozavod qəsəbəsində kirayədə yaşayan Mingəçevir şəhər sakini Bəhruz Mikayıllının evinə girmiş 2 nəfər naməlum şəxs B.Mikayıllının qayıtdığını və qonşularını gördükdə onları tapançaya bənzər əşya və bıçaqla hədələmiş, lakin sonuncular tərəfindən saxlanılaraq polisə təhvil verilmişlər.
Nizami (Gəncə) RPİ-nin əməkdaşları tərəfindən onların Goranboy rayon sakini Elxan Yaqubov və Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Adil Nuriyev olmaları müəyyən edilmiş, onlardan tapançaya bənzər alışqan, 3 ədəd bıçaq, 1 ədəd ambur, 2 cüt əlcək, kəndir, habelə evdən oğurladıqları 1 ədəd mobil telefon və 1 ədəd gümüş üzük götürülmüşdür.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanmışdır.Gəncə şəhər BPİ tərəfindən araşdırma aparılır.