Avtomobil qaçırmaqda şübhəli bilinən Biləsuvar rayon sakini Xəyal Əliyev saxlanılmışdır
26.02.2018Fevralın 26-da Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində Xırdalan şəhər sakini Ehtiram Vəliyev ilə sərnişini arasında mübahisə baş vermiş və bu zaman sərnişin ona məxsus “Daewoo” markalı avtomobili qaçırmışdır.
Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Xəyal Əliyev həmin gün Azadlıq prospektində avtomobillə birgə saxlanılmışdır.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.