Sumqayıt şəhər sakinləri Emin Ömərə və İbrahim Cəfərova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən H.Z.Tağıyev qəsəbə sakini Coşqun Hüseynov saxlanılmışdır
26.02.2018Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 25-də şəhər sakinləri Emin Ömərə və İbrahim Cəfərova bıçaqla xəsarət yetirməklə sağlamlıqlarına ağır zərər vurmaqda şübhəli bilinən H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Coşqun Hüseynov saxlanılmışdır.
Araşdırmalarla həmin vaxt İ.Cəfərovun münaqişə zəminində C.Hüseynovun atası İslamın ayaq nahiyəsinə bıçaqla xəsarət yetirməsi də müəyyən edilmişdir.