Gün ərzində 104 cinayət faktı qeydə alınmışdır
25.02.2018Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 104 cinayət faktı qeydə alınmış, onların da 16-sı “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdə bağlı qalmış cinayətlərdən gün ərzində 6-nın açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə 14 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüşdür.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılmışdır.