Abşeron rayonunun Masazır qəsəbəsində yol-nəqliyyat hadisəsi
25.02.2018Fevralın 25-də saat 20 radələrində Abşeron rayonunun Masazır qəsəbəsində qəsəbə sakini Məhərrəm Əkbərov idarə etdiyi “İsuzu” markalı avtomobillə yolu keçən rayon sakini Nəzifə Əhmədovanı vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.