10 metr su borusunu oğurlamağa cəhd göstərmiş Culfa rayon sakinləri Əkrəm Mustafayev və Qurban Məhərrəmov saxlanılıb
20.02.2018Fevralın 20-də saat 22 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində kəsilmiş vəziyyətdə olan 10 metr su borusunu oğurlamağa cəhd göstərmiş Culfa rayon sakinləri Əkrəm Mustafayev və Qurban Məhərrəmov Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron RPİ-yə təhvil verilmişlər.