Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Seymur Hacıyev saxlanılmışdır
20.02.2018Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 19-da rayon ərazisində xətt avtobusunda Bakı şəhər sakini N.Əzizovanın çantasından içərisində 170 manat və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Seymur Hacıyev saxlanılmışdır.