Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bülbülə qəsəbə sakini Lyubov Rəhimovanın İrina Qorlova tərəfindən küt alətlə qətlə yetirildiyi müəyyən edilib

16.02.2018

Fevralın 16-da saat 9 radələrində Binəqədi rayonu ərazisində məişət tullantıları qutusunda hissələrə bölünmüş qadın meyiti tapılmışdır.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə mərhumun Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması və fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş 50 yaşlı İrina Qorlova tərəfindən küt alətlə qətlə yetirilib, balta ilə hissələrə bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atılması müəyyən edilmişdir.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə İ.Qorlova tutularaq istintaqa təhvil verilmişdir.
Faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.