DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini Zaur İsmayılov saxlanılmışdır

16.02.2018

Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini Seymur Rəhimovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur İsmayılov saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun 3 həyətyanı sahədən ev quşları və elektrik kabeli, 1 mağazadan spirtli içki və tütün məmulatı, 2 avtomobildən akkumulyator, 1 nəfərin isə 45 manat pulunu və təmir-tikinti alətlərini oğurlaması da müəyyən edilmişdir.