Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Mis məmulatlar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Rəşad Əzizov və Samir Mürsəlov saxlanılıblar

10.02.2018

Fevralın 5-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindəki zavoddan 120 kiloqram mis külçələr oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Rəşad Əzizov və Samir Mürsəlov saxlanılıblar.

Ətraflarında Suraxanı RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların həmin zavodda mühafizəçi işləyən paytaxt sakini Şahin Şıxəliyevlə birgə müxtəlif vaxtlarda zavoddan 575 kiloqram mis məmulatlar oğurlamaları da müəyyən edilmişdir. 

Həyata keçirilən əməliyyat tədbirləri ilə Ş.Şıxəliyev də saxlanılmışdır.