Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini Coşqun Əliyev saxlanılmışdır
10.02.2018Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 1-dən 30-dək olan müddətdə rayon ərazisindəki 2 avtomobildən maqnitofon, 4 həyətyanı sahədən inşaat materialları, təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Coşqun Əliyev saxlanılmışdır.