Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

4 subartezian quyunu elektrik enerjisi ilə təmin edən kabelin 115 metrlik hissəsini kəsib oğurlamaqda şübhəli biliinən şəxslərdən biri Ağdam rayon sakini Orxan Həsənov saxlanılıb

02.02.2018

Vətəndaşların haqlı narazılığına səbəb olan, əhalini su və enerji ilə təmin edən qurğuların, digər avadanlıqların, onların hissələrinin sökülərək oğurlanması hallarının qarşısının alınması, bu cinayətləri törətmiş şəxslərin ifşa edilməsi istiqamətində daxili işlər orqanları tərəfindən əməliyyat tədbirləri həyata keçirilir.

Ağcabədinin Taynaq kəndi ərazisində rayon Subartezian Quyularının İstismarı İdarəsinə məxsus 4 quyunu elektrik enerjisi ilə təmin edən kabelin 115 metrlik hissəsinin kəsilərək oğurlanması barədə RPŞ-yə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinənlər qısa müddətdə müəyyən edilib, onlardan biri -  Ağdam rayon sakini Orxan Həsənov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.

02.02.2018 tarixinə olan kriminal məlumatlar